XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Ustad Vaqif Bayatlıya -Ağaevli Əli Hacı
Ədəbiyyat 10:47 / 26.05.2022

Əvvəl səni üzdən sevdim,
göz gördükcə gözdən sevdim !
Qocaltdım hər gün üzümə,
qocalıb təzədən sevdim !
Açdım dərdimin yaxasın,
dəyişdi evin havası .
Sarıyıb günün yarasın,
günlərin özün də sevdim !
Göyündə çapdım atımı,
yudum,daradım vaxtımı .
Soyunub dağ paltarımı,
könlümün düzündə sevdim !
Bu Adamda-bir ocaqdı,
öz bəxtimi qucaqladım .
Bilirdim ki,yanacaqdım
içimin közündə sevdim !

2815 oxunub

InvestAZ