XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Saqif Qaratorpaq:- Belə getməz,hər gedişin var sonu...
Ədəbiyyat 09:02 / 26.05.2022
Belə getməz,hər gedişin var sonu,
Çox asandı,bir nağılı bitirmək.
Bilə-bilə inadından yıxıldın,
Indi bildin necə olur itirmək.
Mən bilirəm,yaman olur bu yanğı,
Çox axtardım,qar tapmadım qış günü.
Tir-tir əsdim,bir isti əl yoxdu ki,
Barı örtə bir gecəlik üstümü.
Yollar uzaq...yollar yaxın...adam çox...
Kimdi gəzən,ya axtaran itəni.
Yollar yaman vəfasızdı,qaytarmaz,
Göz yaşını səpələsən gedəni.
Yaman olur təklənməyin ağrısı,
Otağında pəncərə də yas tutur.
Unudursan, "unutmaram” desən də,
Zaman keçir,elə hamı unudur...
Bir də gördün, öz içində azmısan,
Nə qapı var,nə baca var çıxmağa.
Nə əlini isitməyə nəfəs var,
Nə çiyin var gözlərini sıxmağa...

2189 oxunub

InvestAZ