Öz-özüylə danışıb
öz-özüylə ağlayıb-gülən adam
göz yaşını göz yaşıyla silən
"Küsdüm-küsdüm gülü" kimi
öz içində ağlayıb
öz içində solan adam.
bütün yollar qapananda
Öz=özündən öz-özünə
qapı açan, yol salan kişi.
Hamı udmağa oynar
özünü-ömrünü uduzmağa oynayan kİşi
Ağzıəyri dünyanı
boynunun ardından tanıyan biri.
hamı sevimli , dahi olmaz
əruzun hər hər bəhrini
qoşma nizamını
şeirin iran təranələrini
uyudan nağılını, ahəngini pozmalıdı
bir şair də kafir olub
günün daş-qalaq olunan
şeirini yazmalıdı.