XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyi AÇIQLANIB
Gündəm 21:38 / 25.05.2022

Milli Məclisin 2022-ci il mayın 31-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

Yenises.az xəbər verir ki, gündəliyə 6 məsələ daxildir:

1. "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. "Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).


1157 oxunub

InvestAZ