XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Yazıçı İlqar Fəhmi müsabiqənin qalibi oldu
Ədəbiyyat 16:42 / 25.05.2022

Qarabağ – Vətən müharibəsi mövzusunda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının "2783…” adlı pyes müsabiqəsinin qalibi müəyyən olunub.

Teatrdan Kult.az-a verilən məlumata görə, müsabiqəyə təqdim edilən əsərlərdən yazıçı-dramaturq İlqar Fəhminin "Balaca kişilər” pyesi münsiflər heyətinin yüksək qiymətləni alaraq qalib elan olunub.

Pyesə teatrda quruluş veriləcək və bu il Zəfər günündə tamaşa sənətsevərlərə təqdim olunacaq.

Həmçinin müsabiqə şərtlərinə görə əsər "Azərbaycan” dərgisində işıq üzü görəcək.


2472 oxunub

InvestAZ