XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Prezident nazirin birinci müavinini işdən azad etdi
Maraqli 16:40 / 25.05.2022

Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin fərmanına əsasən, struktur dəyişikliyi edilib və rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib, "birinci müavin və 2 müavin” isə 5 müavinlə əvəzlənib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəzifəsi ləğv edilən nazirin birinci müavini Əli İzzət oğlu Abdullayev yeni təyinat almayıb.

"Əli Abdullayev nazirlikdə başqa vəzifəyə təyin edilməyib və işdən azad olunub”, - Mətbuat xidmətindən bildirilib.


2103 oxunub

InvestAZ