XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Şahin Mustafayevi Ermənistanda niyə müzakirə edirlər? - MARAQLI SƏBƏBLƏR
Maraqli 16:33 / 25.05.2022

Sərhədin delimitasiyası üzrə komissiyaların dünən ilk görüşünün keçirilməsindən sonra Ermənistanda əsas müzakirə mövzularından biri Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən baş nazirin müavini Şahin Mustafayevin tərcümeyi-halıdır.

Erməni mediası Şahin Mustafayevin Noyemberyan rayonunun Cucevan kəndində (Qərbi Azərbaycanda) doğulmasına diqqət çəkir.

Onun 8-ci sinfə qədər kənd məktəbində təhsil aldığı və erməni dilini, eləcə də Ermənistan tarixini mükəmməl bildiyi, erməni diasporunu çox yaxşı tanıdığı qeyd olunur. Belə bir şəxsin sərhəd komissiyasına rəhbərlik etməsi erməniləri narahat edir.

"Delimitasiya və sülh sazişinin hazırlanması prosesi də proqnozların əksinə olaraq çox sürətlə gedir. Mayın 24-də baş nazir müavinlərinin iclası tələsik təşkil olundu. Reallıq budur ki, Azərbaycan tələsir, Ermənistan tərəfinin prosesi dayandırmaq imkanı isə yoxdur”, - erməni mediası qeyd edir. /Publika.az/

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.



1936 oxunub

InvestAZ