Ədalət" qəzetinin əməkdaşı Emin Piriyə növbəti medal təqdim edilib.
Emin Piri Vətən Müharibəsində iştirakına görə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Xatırladaq ki, Emin Piri Vətən Müharibəsində iştirakına görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Xocavəndin azad edilməsinə görə” medalıyla təltif olunmuşdu. Həmçinin müharibədə leytenant rütbəsi ilə iştirak edən Emin Piriyevə fəaliyyətinə görə baş leytenant rütbəsi verilmişdi.