XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Akar 3 əsgərin şəhid olduğu əraziyə getdi
DÜNYA 09:20 / 25.05.2022

Türkiyənin milli müdafiə naziri Hulusi Akar qoşun növlərinin komandanlarının müşayiəti ilə İraqla sərhəddə terrorçularla qarşıdurma zamanı Türkiyə Silahlı Qüvvələrinin 3 əsgərinin şəhid olduğu, 4 əsgərin yaralandığı əraziyə gedib.

Yenises.az Türkiyə KİV-ə istinadən bildirir ki, aprelin 18-dən İraqın şimalında yerləşən üç bölgədə Pençe Kilit antiterror əməliyyatı davam edir.

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bölgədə hava şəraitinin pisləşməsinə baxmayaraq, aviasiyanın dəstəyi ilə terrorçulara qarşı zərbələr endirilir.

Səfərdə Hulusi Akarı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Quru Qoşunlarının komandanı Musa Avsever, Hərbi Hava Qüvvələrinin komandanı Həsən Küçükakyüz müşayiət edib.



1205 oxunub

InvestAZ