XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Əbülfət MƏDƏTOĞLU: - YUXUSUZ YUXUM
Ədəbiyyat 08:13 / 25.05.2022

Kimsə döyməyən qapımın -
Açarı, kilidi mehdi...
Fərqinə varma halımın -
Kirpiklərimdəki şehdi...
Yuxunu ələyən gözüm,
Sonra da yuyub qurudur...
Allah da bilir, göz yaşı -
Bütün sulardan durudu!..
Gerçəyin yaxası əldə,
İstəyin atı da nalsız...
Bir addım yaxına gəl də!-
Halsızdı bax,ruhum, halsız...
...Məni yuxusuz qoyan da
Baxıb, içində əl çalır...
Özüm tək, - qismətim olan -
Yuxum da , yuxusuz qalır...

1808 oxunub

InvestAZ