XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Gülnar Ümid: - Getmə...
Ədəbiyyat 08:10 / 25.05.2022

Mən boyüdüm ürəyində,
yaşamağa yer ürəyin
Ürəyinə de ki,getmə!
Ayaq saxla, bir qulaq as,
güvəndiyim dağ kürəyin,
Kürəyinə de ki ,getmə!
Pıçıldayan dodaqların,
qulağımda sevgi yerin
Sözlərinə de ki,getmə!
Al fırçanı rəsmimi çək,
asılan tablom gözlərin
Gözlərinə de ki,getmə!
Yuxumu alma əlimdən,
başıma yastıq dizlərin
Dizlərinə de ki,getmə!
Əlini qoy ürəyinə,
bircə dəfə insaf elə
Öz-özünə de ki,getmə!

2378 oxunub

InvestAZ