XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



Aida Adıgözəl : - De ki...
Ədəbiyyat 20:03 / 24.05.2022

Gördün darıxırsan məni xatırla,
aç bax səndə qalan xatirələrə,
çəpəki süzməmi, iynə sözləri,
de ki, - unutmaram, gülüşün haqqı...
And iç, ayaqlarım dəyən yollara,
de ki, - yığmayacam gözümü yoldan,
and olsun yollarda qalan şəklinə,
ta ki gələnəcən, gəlişin haqqı...
De ki, - tanıyacam addım səsini,
ürəyim çıxacaq tappıltısına,
pillələr öpəcək ayaq izindən,
and olsun, and olsun, yerişin haqqı...
De ki, hələ nəmdi öpdüyüm yerlər,
de ki, soyumayıb canından istim,
de ki, yastığında telim qalıbmış,
dodağımda qalan öpüşün haqqı...


2662 oxunub

InvestAZ