XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Əfv siyahısında 39 nəfər tanınmış məhbusun adı var - Açıqlama
Maraqli 16:30 / 24.05.2022

Biz düşünürük ki, 28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq ölkə başçısı tərəfindən əfv sərəncamı imzalanacaq. Bu, Prezidentin müstəsna səlahiyyətində olan məsələdir. Bizim İşçi Qrupun siyahısında 39 nəfər tanınmış məhbusun adı yer alıb. Onların arasında jurnalistlər, blogerlər, siyasətçilər də var.

Yenises.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi, İşçi Qrupun üzvü Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirib ki, əfv üçün müraciət edənlərin hamısının ərizələrinə baxılıb:

"Bizim öz kriteriyalarımız var. Həmin kriteriyalara uyğun olaraq kimlər varsa, təqdim etdiyimiz siyahıda adlarını yazmışıq. Təəssüf ki, onların adlarını açıqlaya bilməyəcəyəm. Aralarında redaktorlar, bloger və jurnalistlər, siyasi şəxslər, ictimaiyyət arasında tanınmışlar da mövcuddur. Hətta bizim kateqoriyaya daxil olan, əfv üçün müraciət etməyənləri də siyahıya saldıq ki, məsələni birdəfəlik həll edək. Gədəbəyin keçmiş icra başçısı Saleh Məmmədovun da adı siyahıya əlavə olunub. Sabiq nazir Səlim Müslümovun adı isə həmin siyahıya salınmayıb. Çünki o, hökumətin öz adamıdır. Bizim kriteriyaya daxil deyil”.

Qeyd edək ki, ötən gün Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev saytımıza açıqlamasında əfv edilmələri üçün məhbusların 600-dən çox müraciətinə baxıldığını bildirmişdi.


1243 oxunub

InvestAZ