XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



İranda 10 mərtəbəli bina çökdü - Ölənlər var - YENİLƏNİB
DÜNYA 16:35 / 23.05.2022

İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.

Yenises.az  xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 3 nəfərə çatıb, 24 nəfər isə xəsarət alıb.

***13:25

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Abadan şəhərində 10 mərtəbəli bina çöküb.

Yenises.az xəbər verir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi deyib.

M.Xaledinin sözlərinə görə, hadisə yerinə 5 təcili yardım avtomobili və bir avtobus göndərilib.

O əlavə edib ki, hadisə nəticəsində indiyədək 1 nəfər ölüb, 7 nəfər yaralanıb.


1293 oxunub

InvestAZ