XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Ayaz ARABAÇI :- Dözürsən
Ədəbiyyat 10:55 / 23.05.2022
Səni hər gün uşaq kimi aldadır,
Ovuc-ovuc dərman-dəva, dözürsən.
Buludların qara köçü yoldadır,
Alıb səni bir boz hava, dözürsən.
Heç bu qədər dözüm yoxdu dəmirdə,
O həkimdə-bu həkimdə, təmirdə,
Uçuq-sökük xaraba bir ömürdə,
Çəkməsən də zövqi-səfa dözürsən.
Köksüm hərdən dəniz kimi çalxanır,
Eh mən də ki, salaxantı-salxanı..
Qapın-bacan soyuqları saxlamır,
Bilirsən ki, yoxdu səfa, dözürsən.
Kimin, nəyin xəyalını qurmuşam.?..
Ağ divarda şəkil kimi durmuşam,
Otuz yaşdan iliyini vurmuşam,
Çoxdan gedib, yoxdu qafa, dözürsən.
Hansı gündü mən də bilim son həmlə..
Mən də elə səfehlikdə sənəm də..
Nə tapıbsan,
50 ildi sinəmdə,
Mənim kimi bir əclafa dözürsən..

1400 oxunub

InvestAZ