XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Şəhidlər xiyabanı yaxınlığında açılan gecə klubu bağlandı - VİDEO
Gündəm 10:49 / 23.05.2022

Sakinlər Bakının Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanı yaxınlığında gecə klubunun açılmasına etiraz ediblər.

Ərazidə sakinlərlə klub rəhbərliyi arasında anlaşılmazlıq yaranıb, işə polis qarışıb.

DİN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev deyib ki, məsələyə hüquqi qiymət veriləcək.

Məsələ ilə bağlı "ARB TV”yə açıqlama verən yerli sakinlər bildiriblər ki, gecə klubunun belə bir yerdə faəliyət göstərməsi həm şəhidlərin ruhuna, həm də ətrafda yaşayan şəxslərə qarşı hörmətsizlik idi. Gecə klubunun əməkdaşlarından biri isə deyib ki, obyekti bağlayıb, şəhərin başqa yerinə köçəcəklər.


1178 oxunub

InvestAZ