XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Sevinc Qərib: - SƏN EY, İLAHİ ADAM...
Ədəbiyyat 08:51 / 23.05.2022
Cəhənnəmdi hər səhər yoxluğunla oyanmaq,
əllərini arayıb boşa çıxmaq zülümdü.
Bu kədərlə nə etsəm olmur "diri" dayanmaq,
bu ayrılıq deyil ki, bu bildiyin ölümdü...
Yolları yadırğayan izə dönüb gözlərim,
çəkilib uzaqlara su səpir yanağıma.
Elə taqətdən düşüb qollarınsız dizlərim,
cavab verə bilmirəm özümün qınağına.
Qorxuram son nəfəsdə adını sayıqlayam,
diksinib xatirələr dualara qarışa.
Yalanları adlayıb, gerçəyi ayaqlayam,
əcəlin barmaqları xəyalınla yarışa.
Yaddaşına sığal çək, gözləyənin var burda,
ruhum əsir üstünə, duymursanmı sevdiyim?
Qübarında boğulan bu ürək qalıb darda,
Sən ey, ilahi adam, sən ey evim dediyim!..


2358 oxunub

InvestAZ