XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Sümükləri zəiflədən içkilər
Sağlamlıq 17:46 / 22.05.2022

Süd, qazlı içki və qəhvə sümüklər üçün ən təhlükəli içkilərdir. Ona görə ki, bədənə dağıdıcı təsir göstərirlər. 

Yenises.az xəbər verir ki, bu barədə "Moskva 24”ə diyetoloq, tibb elmləri doktoru Marqarita Koroleva danışıb. 

"Südün tərkibində faydalı maddələri yuyan turşu komponentlər var. Bu içki qələvi komponentlərlə, yəni çox miqdarda lif olan tərəvəzlərlə balanslaşdırılmasa, kalsium bədəndən yuyularaq osteoporoza səbəb olacaq.

Həmçinin qəhvə kalsium, maqnezium və bir sıra digər mineralların udulmasına mane olur. İçə bilərsiniz, amma vacib bir şərt var. Qəbul edilən qidanın tərkibindəki faydalı mineralların sorulmaması üçün yeməkdən bir müddət sonra qəhvə içmək daha yaxşıdır. Bundan əlavə, qəhvə orqanizmi susuzlaşdırır, su ilə yanaşı, biz mineralları da itiririk. Odur ki, bir fincan qəhvədən sonra ən azı bir stəkan su içilməlidir”, - diyetoloq izah edib.

Eskpert qeyd edib ki, üçüncü növ təhlükəli içki qazlı sulardır, xüsusilə şirindirsə: "Qazlı içkilərin tərkibində fosfor turşusu var ki, bu da təkcə mədə-bağırsaq traktının deyil, həm də dişlərin vəziyyətinə mənfi təsir göstərir. Sonuncudan kalsiumu yuyur ki, bu da çürüklərə və diş toxumasının əlavə dağıdıcı amillərinə səbəb olur. Üstəlik, müntəzəm qazlı şirə istifadəsi sümük kütləsinin vəziyyətinə təsir göstərə bilər”.(publika)


1264 oxunub

InvestAZ