XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
DÜNYA 10:22 / 22.05.2022
Türkiyədə ağır yol qəzası baş verib.

"Report”un "Haber Global”a istinadən məlumatına görə, hadisə Niğde əyalətində, yerli vaxtla saat 4 radələrində qeydə alınıb.
 
Konya Səlcuq Universitetinin tələbələrini daşıyan avtobus Güney rayonu yaxınlığında aşıb. Hadisə zamanı tələbələrdən ikisi həyatını itirib, daha 42 nəfər yaralanıb.
 
Hadisə yerinə təcili yardım, polis cəlb edilib. Yaralılar Niğde və Ulukışla xəstəxanalarına aparılıb. Onlardan 5-nin vəziyyəti ağırdır.
 
Qəzanın başvermə səbəbi hələ məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.

 


1153 oxunub

InvestAZ