"FOX TV"nin Əsas Xəbər aparıcısı Səlcuq Təpəli canlı yayım zamanı etdiyi hərəkəti ilə gündəmə gəlib.  

Yenises.az  Türkiyə KİV-ə istinadən xəbər verir ki, aparıcı kənd təsərrüfatı torpaqları ilə bağlı ekrana gələn xəbərə əsəbiləşərək, redaktoruna "keç qardaş, keç" deyib. Daha sonra o, sinirlərinə hakim olmayaraq masanın üzərindəki su stəkanını kameraya doğru atıb. 

Ekrana tökülən su damcılarının ardından aparıcı studiyanı tərk edib. Hadisədən sonra xəbər yayımdan qaldırılıb. Səlcuq Təpəli baş vermiş olayla bağlı açıqlama verməyib.