XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Milli Məclis Aparatında kadr təyinatları olub
HÜQUQ 21:28 / 21.05.2022

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub.

"Report"un əldə etdiyi məlumata görə, Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini Şakir Himalay oğlu Şabanov parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.

İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Rüstəm Bəhruz oğlu Mahmudov isə Milli Məclis Aparat rəhbərinin müavini təyin olunub.

Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Ayan Zəfər qızı Murtuzova da həmin şöbənin müdiri vəzifəsinə təyinat alıb.


1229 oxunub

InvestAZ