XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



İlham Əliyev və Nikol Paşinyanın Brüsseldə görüşü keçiriləcək
SİYASƏT 20:40 / 20.05.2022

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.

Yenises.az bu barədə Avropa İttifaqı Şurasına istinadən məlumat verir.

Qeyd olunur ki, Ş.Mişel, həmçinin ayrı-ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Bu, tərəflər arasında keçiriləcək üçüncü görüş olacaq. Brüsseldə əvvəlki görüşlər 2021-ci ilin dekabrında, ikinci görüş bu ilin aprelində baş tutub.(trend)


1435 oxunub

InvestAZ