XƏBƏR LENTİ
28 İyun 2022
27 İyun 2022
26 İyun 2022
25 İyun 2022
24 İyun 2022



Rusiyanın xalq artisti 25 il sonra Bakıda - "Burada çox gənc və gülərüz insanlar gördüm"
MƏDƏNİYYƏT 17:34 / 20.05.2022

"Azərbaycana gəlmək təhlükəlidir, çünki insan istər-istəməz çəki alır. Bakıya dünən gəldim. Bu nümayişdən bir neçə saat sonra Rusiyaya qayıdacağam. Çox az zaman kəsiyində İçərişəhərə ekskursiya edə bildik. Mən 25 il öncə Bakıda olmuşam. Bu müddət ərzində şəhərin atmosferi, mühiti, insanlar dəyişib. Burada çox gənc və gülərüz insanlar gördüm. Bu da çox əladır".

Bu sözləri Rusiyanın xalq artisti Andrey Sokolov bu gün "Park Cinema Flame Towers” kinoteatrında "Əmanət” filminin özəl nümayişindən öncə jurnalistlərə açıqlamasında deyib.

Filmdə imperator Birinci Nikolayın obrazını yaradan aktyor arzusuna çatdığını deyib: "Hər bir aktyora istədiyi rolu oynamaq qismət olmur. Birinci Nikolay rolunu oynamaq böyük xoşbəxtlikdir. Bu film baş vermiş bütün hadisələrin fonunda insanın insan kimi qalmağı haqqındadır".

"Əmanət" filminin rejissorları Anton Sievers və Rauf Kubayevdir. Baş rollarda Amin Xuratov, Varvara Komarova, Aleksandr Miçkov, Yekaterina Quseva, Andrey Sokolov və digərləri çəkilib.

Film 19-cu əsrin birinci yarısında Rusiyanın hərb tarixinin dramatik hadisələri fonunda Şeyx Şamilin oğlu Camalutdin və Liza Olenina sevgisindən bəhs edir. Camalutdin tarixə "böyük girov” kimi düşüb və film suala cavab vermək cəhdidir: böyük siyasətin girovu, yoxsa böyük sevgi. Sevgi və xəyanət, şərəf və vəzifə, vətənə xidmət və bu sözə sədaqət hekayəsinin cərəyan etdiyi Nikolay dövrünün tənəzzülünün tarixi konteksti filmin açarı olacaq. /Teleqraf.com/


5469 oxunub

InvestAZ