XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Tahir Rzayev :- Hər kəs qanun qarşısında məsuliyyət daşıyır
HÜQUQ 16:02 / 20.05.2022

"Azərbaycan xalqı özünün milli, mənəvi dəyərlərinə, əxlaqi normalarına və prinsplərinə, əxlaq dəyərlərinə görə dünyaya örnək olan bir xalqdır. Çox təəssüflər olsun ki, son vaxtlar cinsi azlıqların bəzi nümayəndələri xaricdən dəstək alaraq Azərbaycanda da özlərinin fəallıqlarını nümayiş etdirmək, cəmləşmək, təşkilatlanmaq fikrindədirlər. Bu, mayın 14-də Fəvvarələr meydanında keçirilən qanunsuz aksiyada da özünü bir daha göstərdi.” Yenises.az bildirir ki, bu sözləri öz açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədrinin sözlərinə görə, sözsüz ki, qanun hər bir Azərbaycan vətəndaşı üçün eynidir və bu qanunların pozulmasına görə hər bir insan öz məsuliyyətini dərk etməlidir, ancaq bəzi anti-Azərbaycan şəbəkəsinin hayküyçülərinin qanunsuz aksiyasına dəstək verənlər bunu hələ də dərk etmirlər.

"Sözsüz ki, bu aksiyada özünü ictimai fəal, yaxud da bloger kimi, siyasətçi kimi, bir vətən, xalq fədaisi kimi təqdim edənlər bu qanunların pozulmasına etinasızdırlar və onlar qanun qarşısında cavabdehlik daşımaq məsuliyyətini demək olar ki, itiriblər. Əlbəttə ki, bu aksiya bir daha göstərdi ki, daxildə olan anti-Azərbaycan şəbəkəsi xaricdən istiqamətləndirilir və onlar özlərinin götürdükləri öhdəlikləri yerinə yetirmək, müəyyən dividentlər qazanmaq arzusundadırlar. Aksiya keçirilsə də və bu qanunsuz olsa da ancaq Azərbaycan polisi bir sakitlik, səmimiyyət nümayiş etdirdi və demək olar ki, aksiya iştirakçılarına qarşı heç bir güc tətbiq olunmadı. Əlbəttə, bu bir daha göstərir ki, Azərbaycanda söz, mətbuat azadlığı bərqərardır, vətəndaşlara öz fikirlərini söyləmək üçün hər cür imkan yaradılmışdır. Digər tərəfdən, həm də bu ona əsas vermir ki, istənilən vaxt, istənilən müəyyən qruplar qanunsuz mitinqlər keçirməklə əhalinin rahatlığını pozsunlar, Azərbaycan xalqı, Azərbaycan dövləti haqqında xoşagəlməz fikirlər formalaşdırsınlar. Çox təəssüflə qeyd edilməlidir ki, bu aksiyanın dinc şəraitdə, heç bir güc, zor tətbiq edilmədən keçirilməsinə baxmayaraq, Amerika Birləşmiş Ştatlarının, eləcə də Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri bu aksiyanın beynəlxalq normalara cavab verməməsi barədə, eləcə də burada aksiyaçılara qarşı köbud hərəkətlər edilməsi barədə əsassız bəyanatlar səsləndirmişlər. Sual oluna bilər ki, bu gün Ermənistanda insanların hüquq və azadlıqları ciddi şəkildə pozulduğu halda və artıq bir aya yaxındır ki, həmin respublikada kütləvi mitinqlər, aksiyalar, qarşıdurmalar davam etdiyi halda, bu barədə beynəlxalq təşkilatlar, eləcə də ölkələrin səfirləri niyə susurlar? Ancaq Azərbaycanda qanunsuz aksiya təşkil edənlərə qarşı heç bir zor tətbiq edilmədiyi halda, Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri səfirlərinin mövqeyi başadüşülən deyil. Əlbəttə, bu onu göstərir ki, aksiyaya çıxanlar məhz bu səfirliklərdən müəyyən qaydada təlimatlar alırlar və onların tapşırıqlarını yerinə yetirirlər. Sözsüz ki, Azərbaycan hökuməti bu məsələrdə ciddidir, özünün etirazlarını bildirir və ancaq bir şeyi bilmək lazımdır ki, Azərbaycanın daxili işlərinə qarışmaq üçün heç bir səfirliyə imtiyazlar veriməyibdir. Əgər doğrudan da burada aksiya iştirakçılarına qarşı kütləvi şəkildə zor işlədilibsə, bu əyani faktlar, əyani nümunələrlə sübut olunmalıdır, bildirilməlidir. Ancaq nədənsə əldə heç bir əsaslı fakt olmadan bu iki ölkənin səfirliklərinin anti-Azərbaycan mövqeyindən çıxış etmələri deməyə əsas verir ki, Azərbaycanda olan bu səfirliklər nəinki beynəlxalq hüquq normalarını pozur, eləcə də öz səlahiyyətlərini aşmaqdadırlar. Biz qanuni aksiyaların keçirilməsinin əleyhinə deyilik, ancaq qanunsuz aksiyaların keçirilməsinin qarşısı alınmalı və bu aksiyada insanları itaətsizliyə səsləyənlər haqqında qanunun tələbləri həyata keçirilməlidir. Sözsüz ki, deyilənlər hər bir insan üçün məqbul olmalıdır və qanunsuz aksiyalar keçirənlər öz məsuliyyətlərini dərk etməlidirlər”, deyə Tahir Rzayev bildirib.


2375 oxunub

InvestAZ