XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



ATILMIŞ ŞEİR - Sabir Yusifoglu
Ədəbiyyat 08:39 / 20.05.2022

Saçını sovuran mehin
üzündən öpüm, ayrılaq.
Əllərim telində gəzib,-
izindən öpüm, ayrılaq.
Ayrılaq qopan ah kimi,
yarpaq kimi, budaq kimi.
Titrəyən cüt dodaq kimi
sözündən öpüm, ayrılaq.
Həsrət yetişib dəyəndə,
iydələr çiçəkləyəndə,
ulduzlar gözün döyəndə,
gözündən öpüm, ayrılaq...
Sirrini kimsəyə vermə,
heç şəklimi də dindirmə...
Məktubla öpüş göndərmə,-
özün gəl!
Öpüm...
AYRILAQ!,.

3192 oxunub

InvestAZ