XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Ailə məsələsinə görə özünü öldürmək istədi
KRİMİNAL 21:30 / 19.05.2022

Bakıda intihara cəhd hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsində "3-cü mikrorayon” dairəsi yaxınlığındakı körpüdə baş verib.

Sabirabad rayon sakini C.Səmədov körpüyə çıxaraq özünü atmaq istəyib.

Ərazidə xidmət aparan polis əməkdaşlarının hadisəyə müdaxiləsi nəticəsində o, fikrindən daşınıb. C.Səmədov Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalar zamanı gənc oğlanın ailə məsələlərinə görə canına qəsd etmək istəməsi üzə çıxıb.


2311 oxunub

InvestAZ