XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Gülnar Ümid:- Ruh halım dəyişir deyəsən
Ədəbiyyat 08:43 / 19.05.2022

Fikrin özü fikirdədi,
Tapmır ki,hansı başdadı.
Nahaq demiyiblər ,ağıl,
Yaşda deyil ki,başdadı.
Ruh yaşar,inam çatanda,
Haqq yatar, haqsız çapanda,
Başımızı baş qatanda,
Deyirik ahıl yaşdadı.
Özgə cibi yeyir gözü,
Qarın doyur,doymur gözü,
Ayaq altın görmür gözü,
Deyir ki, günah daşdadı.
Hamıya pul olub dayaq,
Pulun varsa səni sayaq,
Aşağıya uzat ayaq,
Yastıq yuxarı başdadı.
Ona buna ad eləmə,
Dünyadan çox dad eləmə,
Çox oyan bu yan eləmə,
Ehsan yediyin aşdadı.
İki metr kəfən canın,
Bədənində qalmaz qanın,
Yığıb apardığı hanı?
Bircə şəklin baş daşdadı.


1625 oxunub

InvestAZ