Əbülfət MƏDƏTOĞLU :- YOZUM...
Söz - tikan da ola bilir,
Adi yaraya məlhəm də...
Əlin gözlərimi silir -
Sevinir kiçik qəlpəm də!..
Haqqın tanıdım kəsin də,
Ahım ələndi səsində...
Didildi ömrün bəsində -
Təzəm də, köhnə şəlpəm də!..
Nə olur-olsun... son anda
Söz ölür - ürək donanda...
Adıma sükut qonanda -
Heçdi - olsa əl pəmpədə...
1526 oxunub