XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Aqil ABBAS: YUNANISTANIN BAŞ NAZİRİ BAYDENİN YANINDA DƏSMAL GÖTÜRÜB AĞLAYIB
YAZARLAR 19:40 / 18.05.2022

Deyib ki, Türkiyə Kiprin  yarısını  işğal edib, kömək istəyib.

Kiprdə olmuşam. Yunanların Kipr türklərinə qarşı apardıqları  soyqırımının şahidi  olmuşam.  Bir qəbiristanlıq vardı, yaşlı bir kişi pulsuz qəbiristanlığa qulluq edir, gələnlərə də məlumat verirdi.  Bir kəndin yaxınlığında olan qəbiristanlıqda yatanların hamısı  həmin kəndin sakinləri idi –   yandırmışdılar, işgəncə  vermişdilər. Necə  ermənilər Qarabağda faşistlik  eləmişdi, yunanlar da  Kiprdə  həmin faşistliyi etmişdilər. Qəbiristanlığa qulluq edən kişinin 5 uşağını  və arvadını  yandırmışdılar. O da  elə ölü kimi  bir şey idi, oturmuşdu   qəbiristanlıqda – balalarının, arvadının yanında. Dəhşətli mənzərə idi.  Hələ də o insanın  dərdli sifəti gözümün qabağındadı.  Ağlamaqdan gözünün  yaşı da qurumuşdu.

Türkiyə  Kipri  işğal etməyib, bu adada yaşayan türklərin  təhlükəsizliyini  təmin edib.

Və adanın birləşməsi üçün  referendum da keçirtdilər.  Kipr türkləri bir dövlətdə  birləşməyə  razı  olsalar da, yunan tərəf referendumda onun əleyhinə səs verdi.

İndi Yunanıstanın baş naziri Miçotakis səfeh-səfeh danışır.  Ona qulaq asanlar da  ayaq üstə durub 3 dəqiqə onu səfeh-səfeh alqışlayır.

Yeri gəlmişkən, Kiprdə yunanların  yaşadığı Ağdam boyda bir şəhər var ki, savaş zamanı yunanlar həmin şəhəri  tərk edib, şəhər türklərin  nəzarəti  altındadı.

Türklər o şəhəri olduğu kimi  saxlayıblar, nə qənimət  üçün bir evə giriblər, nə də şəhərdə minlərlə maşına əl vurublar.  Maşınları qalıb küçədə, evlər də dolu. Nə bir ev yandırıblar, nə də bir ev dağıdıblar. Deyiblər ki, nə vaxt barışıq olar, yunanlar gəlib öz şəhərlərinə sahib çıxarlar. Amma yunanlar türklər yaşayan  hansı şəhərlərə, kəndlərə  giriblərsə, ermənilər Ağdamı nə hala  salıblarsa, o hala  salıblar.

Bu bizim, yəni türklərin insanlığı, o da  yunanların  erməni kimi  faşizmi.

İndi gedib Baydendən imdad diləyirsən. Bayden hələ Ukrayna xalqı ilə rus xalqını  qırdırmaqla  məşğuldur.  Əgər burda istəyinə nail olsa, sonra Çində çinlilərlə uyğurları  qırdıracaq bir-birinə.  Ondan sonra  növbə  yunanlarla türklərə çatacaq. Allah qoymasa.


3070 oxunub

InvestAZ