XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Şakir Xanhüseynli: - İKİ ŞEİR
Ədəbiyyat 15:59 / 18.05.2022
İKİ-si BİR
1
***
Hisslərinin cilovu öz əlindəmi,
unutmusan özünə qəsdin yollarını aramağı...
alnını ovuşdurub
tanrının yazdıqlarını qarışdırırsan bir-birinə...
niyyət tut,
duyğuların boğazına ip kimi dolanmasın.
Bir yığın tənhalığın var,
xeyli azın...
çörəyi
ağlına yeməməyin ucbatından həmişə toxsan,
əgər baxsan...
Təmizliyini gözlərinə çək,
güləndə soyuq,
ağlayanda istidi göz yaşların...
2
FƏRHADIN KÜLÜNGÜ
Sanki bir əldə titrəyən qələmdi ,
gözdə qəm, üzdə nəmdi...
daşlarda eşq səsləndirən mizrabdı
Fərhadın külüngü...
Dünya bir dağ- Büsutun,
onu çapmağa gəldik...
içilir eşq şərabı qurtum-qurtum,
işləyir Fərhadın külüngü...
Kim danışdı, kim dinşədi
eşq adlı bir dəhşəti...
qayaları naxışlayan durna lələyi tişədi
Fərhadın polad külüngü...
Hər kəsin ən zəyif yeri
tez ələ verən yaxa, ürəyidi...
bir aşiqin yuxa ürəyidi
Fərhadın sərt külüngü...
Bir yol başla da haqqa,
haqqı axtar, ha ara...
...dönürük bir əfsanəyə, nağıla,
hərdən
külüngümüzün səsi gəlir amma!..

3169 oxunub

InvestAZ