XƏBƏR LENTİ
29 İyun 2022
28 İyun 2022



"Rusiya, Ukrayna, Türkiyə və BMT arasında iclas keçiriləcək" - Mövlud Çavuşoğlu
SİYASƏT 15:37 / 18.05.2022

Yaxın günlərdə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin humanitar məsələlər üzrə təmas qrupunun iclası keçiriləcək.

Yenises.az "TRT Haber"ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlu qeyd edib ki, BMT Baş katibinin təklif etdiyi humanitar məsələlər üzrə BMT, Türkiyə, Rusiya və Ukraynadan ibarət təmas qrupu var.

"Yaxın günlərdə texniki səviyyədə görüş keçirilməsi planlaşdırılır", - deyə nazir əlavə edib.


2917 oxunub

InvestAZ