XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Paytaxtda güclü yanğını 18 texnika ilə...
MƏMLƏKƏT 09:20 / 18.05.2022

Dünən axşam saat 22:29 radələrində Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yenises.az  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, üçmərtəbəli bina taxta konstruksiyalı olduğu üçün ikinci dərəcəli yanğın çağırışı elan edilib:

"Yanğının söndürülməsinə ümumilikdə Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnika və 92 şəxsi heyəti cəlb edilib, 35 dəqiqə ərzində lokallaşdırılıb. Xilasedicilər tərəfindən təxminən yeddi nəfər təxliyə edilib. Yanğının kəşfiyyatı zamanı mənzildə bir nəfər qadın meyiti aşkar edilib. Yanğın zamanı üç mənzil və ümumi istifadədə olan eyvanlara ziyan dəyib”.


3319 oxunub

InvestAZ