XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əliyev, Putin və Paşinyan görüşə bilər
SİYASƏT 08:48 / 18.05.2022

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilə bilər.

Yenises.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-ın "Qarabağ məsələsinin nizamlanması yollarının axtarışı çərçivəsində yaxın gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli sammitin keçirilməsi mümkündürmü?” sualına cavab olaraq bildiirb.

O, üçtərəfli görüşün olacağını istisna etməyib:

"Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik. Mayın 12-də Düşənbədə Sergey Lavrov MDB Nazirlər Şurasının iclasında Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqların gedişində Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrini müzakirə edib”(axar.az)


1341 oxunub

InvestAZ