XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Əbülfət MƏDƏTOĞLU :- HARDASA (Özümə təsəlli ŞEİRİ)
Ədəbiyyat 08:14 / 18.05.2022
HARDASA
(Özümə təsəlli ŞEİRİ)
Mən səsimi itirmişəm bilmədən,
Elə bil ki, naxış qaçıb ilmədən...
Axtarıram, gözlərimi silmədən -
Daldalanıb indi görən hardasa...
Həm cikgəyə, həm haraya gücsüzəm,
Qucaqsızam, bucaqsızam... küncsüzəm...
Qırx demirəm - yeddisizəm...üçsüzəm -
Səsim olub indi örən hardasa...
Düşündüm ki, tapıb onu mələdəm...
Eni, boyu uzununa ələdəm!..
Mən səsimə özüm kimi bələdəm -
Qurub dostla indi törən hardasa...
Bu səbəbdən hazıram səs bacına,
Siz üzünə qapınızı açın, ha!
O səsimi öz səsinə, saçına -
Var bildiyim, indi hörən hardasa!..

1346 oxunub

InvestAZ