XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Arzu Asad : -Mənim o yaşıma...
Ədəbiyyat 08:01 / 18.05.2022
Mənim o yaşıma çatırsan indi -
atılmaq yaşına.
Nə böyük həvəslə, nə böyük həzlə
mən indi çıxardım sənin qarşına.
Mənim o yaşıma çatırsan indi -
çarəsiz yaşıma, dəli yaşıma.
Gəl, gir də bu yaşa, gör
nələr gətirmişdin mənim başıma.
Mənim o yaşıma çatırsan indi -
qədər yaşına,
ayrılıq yaşına, kədər yaşına,
bu qoca dünyanın, bu sirr dünyanın
etmə, edərlər yaşına.
Durub gözləyirdi tale o vaxtdan,
səndən sakit, səssiz hesab soracaq,
qəlbinə gömdüyün o xatirələr
dirilib qəlbində məhşər quracaq.
Sən elə xoşbəxtəm, xoşbəxtəm deyə
şübhəli gözlərdən saxlanacaqsan,
amma ürəyinin neçə yerindən
gündə neçə dəfə dağlanacaqsan.
Kimsə görməyəcək, mən görəcəyəm
ruhundan cəhənnəm fışqırdığını.
Gecələr qəlbimlə dinləyəcəyəm
qəlbinin səssizcə qışqırdığını.
Mənim o yaşıma çatırsan, çat, çat,
mən sakit öləcəm, sən qalacaqsan,
ta ölənə qədər elə o yaşın
lənəti içində qıvrılacaqsan.

1584 oxunub

InvestAZ