XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Putin yaxın günlərdə Türkiyəyə səfər edəcək - KİV
SİYASƏT 13:38 / 17.05.2022

Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi gözlənilir.

Yenises.az  Axar.az-a istinadla  xəbər verir ki, bunu "Yeni Şafak” qəzeti yazıb.

Məlumata görə, Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək. Nəşr yazıb ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi heyət mayın 18-də Türkiyədə olacaq. Nümayəndə heyəti iqtisadiyyatla bağlı olan nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək.

Qeyd olunub ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə bir çox Avropa şirkəti Rusiya bazarından çəkilib. Bu aydan etibarən Rusiya Aİ və Afrikadan heç bir məhsul ala bilməyəcək. Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə də bu məsələ gündəmdə olacaq. Türkiyə şirkətlərinin Rusiya bazarında yer alması üçün addımlar atılacaq.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putini Ankaraya yüksək səviyyəli işgüzar səfərə dəvət etmişdi. Bu çərçivədə yaxın günlərdə V.Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir.


2955 oxunub

InvestAZ