XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



Xırdalanda məscid restorana çevrildi – Foto
HÜQUQ 08:54 / 17.05.2022

Xırdalanda AAAF Park yaşayış kompleksi mərkəzində inşa edilən məscid restorana çevrilib.

Yenises.az  Axar.az-a  istinadla  xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, bir müddət, əsasən 2018-ci ildən ibadət yeri olan tikili 2022-ci ilin aprelin sonundan, həm də orucluq ayında, "Xan sarayı” adı ilə restoran və çayxana kimi fəaliyyət göstərməyə başlayıb.

Restoranda çalışanlar Speys TV-yə bildiriblər ki, bu məkanda içki verilmir, el şənlikləri deyil, dini məclislər keçirilir. Restoranda qoyulan kürsü də mollalar üçündür və o masada Quran saxlanılır.

Qafqaz Müsəlmanları İdarəsindən isə sözügedən ərazidə heç bir məscid qeydiyyata alınmadığı vurğulanıb.

Belə çıxır ki, bir müddət qeydiyyata alınmadan fəaliyyət göstərən məscid indi "Mərasim evi” kimi işinə davam edir. Ancaq niyə "Mərasim evi” adı ilə yox, "Xan sarayı” adı ilə?

Bu suala cavab yoxdur.



1442 oxunub

InvestAZ