Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsini təklif edib.
Yenises.az Teleqraf.com-a istinadla xəbər verir ki, V.Putin bunu KTMT üzvü olan dövlət başçılarının sammiti zamanı deyib.
"MDB-yə KTMT yanında müşahidəçi status vermək məsələsini müzakirə etməyimiz yerində və düzgün olardı”, - Rusiya Prezidenti bildirib.
Rusiya lideri, həmçinin deyib ki, 2022-ci ilin payızında KTMT-nin birgə bütöv seriya təlimləri planlaşdırılır və onların sayı genişlənəcək.