XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Gülnar Ümid: - SƏNİ
Ədəbiyyat 16:09 / 16.05.2022
Görən hansı duadasan?
Əl açıb istəyim səni.
Razıyam lap göz yaşımla ,
Suvarıb bəsləyim səni.
Gözlərimə tor atmısan,
Yuxuma haram qatmısan,
Hansı ürəkdə yatmısan,
Çağırıb səsləyim səni.
Yollarından dönüş üçün,
Yanağında gülüş üçün,
Bir dodaqlıq öpüş üçün,
Gərək əzizləyim səni.


4647 oxunub

InvestAZ