XƏBƏR LENTİ
04 İyul 2022
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022



İTV-nin baş direktoru olmaq istəyənlərin SİYAHISI
HÜQUQ 14:04 / 16.05.2022

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.

Yenises.az  bildirir  ki, Audiovizual Şuradan  verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.

"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq namizədin seçilməsi üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.


1951 oxunub

InvestAZ