XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Əlizadə Nuri: - Səhra kimi yaşadım…
Ədəbiyyat 09:48 / 16.05.2022

Gətirdiyin havadan,
Son dəfə udum, ölüm.
Sən baxınca ölmərəm-
Gözlərini yum… ölüm.
O nəğməni oxuma-
Qar yağacaq yuxuma…
Mən boyda bir toxuma,
Olarsanmı şum, ölüm?
Söz qaytardım şahlara,
Könül verdim ahlara.
Girdim bu günahlara-
Özümü yudum… ölüm.
Danışmırsan, susam da,
Son yazısan masamda.
Özüm ağlatmasam da,
Səni ovudum, ölüm.
Neynirəm bu boş adı?
Təkəm, qəmim qoşadı.
…Səhra ömrü yaşadım,
Qoy indi qum- qum ölüm…

4499 oxunub

InvestAZ