"Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçısı Avropa Yayım Birliyi (AYB) 6 ölkəni münsiflər heyətinin tərkibindən çıxarıb.
Yenises.az xəbər verir ki, son səsvermədən kənarlaşdırılan (səsləri etibarsız sayılan) ölkələr Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya, San Marinodur.
Sözügedən ölkələr manipulyasiyada və səsvermə qaydalarını pozmaqda ittiham edilir.