XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Ərdoğandan açıqlama... Baydendən dərhal mesaj
SİYASƏT 11:03 / 15.05.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı açıqlaması dünyada böyük əks-səda doğurub.

Yenises.az  Teleqraf.com-a  istinadla  xəbər verir ki, Ağ Evin sözçüsü Cen Psaki gündəlik mətbuat konfransında Türkiyə liderinin açıqlamasına münasibət bildirib.

Psaki qeyd edib ki, ABŞ Finlandiya və İsveçin NATO-ya üzvlüyü prosesində Türkiyənin mövqeyini aydınlaşdırmağa çalışır və bu çərçivədə onunla işləyir.

O, bir çox NATO ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə müsbət yanaşdığını deyib.

"Türkiyə və onun təyin olunmuş nümayəndələri ilə işimizi davam etdiririk”, - Ağ Evin sözçüsü vurğulayıb.

Ağ Evdən verilən başqa bir açıqlamada isə ABŞ Prezidenti Co Baydenin İsveç Baş naziri Maqdalena Andersson və fin həmkarı Sauli Niinistö ilə telefon danışığı apardığı bildirilib.

Telefon danışığında ABŞ-ın İsveç və Finlandiya ilə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığının müzakirə olunduğu və Transatlantik bölgədə təhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Bundan əvvəl Prezident Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvlük addımlarına müsbət baxmadıqlarını bildirmişdi.


2231 oxunub

InvestAZ