XƏBƏR LENTİ
01 İyul 2022
30 İyun 2022
29 İyun 2022



Arzu Asad : - Adsız ŞEİR
Ədəbiyyat 10:31 / 15.05.2022
Çırpınırlar son akkordları kimi
küçələrin azadlıq simfoniyasının...
bir gün saraylarda çalınacaq.
çırpılırlar tükənmiş dalğalar kimi
tarixin divarlarına...
bir gün qalalar alınacaq.
qıvrılırlar xırıldıyan qurbanlıqlar kimi
asfaltın üstündə
kəsilmiş arzularından...
bir gün Allaha çatılacaq.
baxırlar qan qurumuş kiprikləri arasndan
göylərin boşluqlarına...
bir addım, bir nəfəs, bir barmaq ucu
qalmışdı...toxunmağa...
baxırlar həsrətlə, şaşqın, çarəsiz,
baxırlar son dəfə.
hələ də inana bilmirlər
Allahın yox olduğuna,
hələ də inana bilmirlər
sözlərə qurban getdiklərinə.

2707 oxunub

InvestAZ