Mayın 13-də Qazax rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu, Erzincan Binali Yıldırım Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və "Aşıq Şəmşir” Mədəniyyət Ocağının birgə təşkilatçılığı ilə Aşıq Şəmşir və Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr edilmiş "Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda beynəlxaq elmi konfrans keçirilib.

Yenises.az  xəbər verir ki, tədbirdə Qazax rayon icra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər.

Konfransda hər iki sənətkarın yaradıcılığı, eləcə də aşıq sənəti və yazılı ədəbiyyatın müxtəlif istiqamətlərini əhatə edən məruzələr dinlənilib.