XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Ərdoğan Finlandiyanın NATO-ya daxil olmasını istəmir
DÜNYA 22:16 / 13.05.2022

Türkiyə Finlandiya və İsveçin NATO-ya qəbul olunmasını müsbət hal hesab etmir.

Yenises.az "Unikal"-a  istinadla  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Çünki bizdən öncəki hakimiyyət Yunanıstanla bağlı NATO mövzusunda yanlış qərar verib. Beləliklə, Yunanıstanın NATO-ya arxalanaraq Türkiyəyə qarşı davranışını bilirsiniz. Skandinaviya ölkələri terror təşkilatların yuvasına çevrilib. PKK, DHKPC terror təşkilatları İsveçdə, Niderlandda yuvalanıb. Hətta, həmin ölkələrin parlamentlərində də yer alırlar. Buna görə, onların Alyansa qoşulmasına müsbət yanaşmağımız mümkün deyil”, - deyə  Türkiyə lideri bildirib.


648 oxunub

InvestAZ