Şair İbrahim Yusifoğlunun poema yaradıcılığında ulu öndər Heydər
Əliyev obrazı
Naxçıvan ədəbi mühitində öz poemaları ilə tanınan qocaman şairlərimizdən
biri İbrahim Yusifoğludur. "O, günəş ömrüdür, sönməyəcəkdir”, "Mənim inamımı
güllələdilər”, "Analı, anasız dünyam”, "Sulara danışdım yuxularımı”, "Armud
ağacıyla yarımçıq dərdləşmələrim”, "İydəli dərənin uşaqları” kimi poemaların müəllifi
olan İbrahim Yusifoğlu bu poemalarda həm Naxçıvanın keçdiyi inkişaf yolu,
müasirləşməyi və tərəqqi yolunda parlamağından bəhs açır ("Bu nəğməm sənədi,
doğma Naxçıvan”), həm Azərbaycanın məruz
qaldığı ən ağır, dəhşətli faciə olan Xocalı soyqırımndan ağrı ilə, kədərlə
danışır ("Mənim inamımı güllələdilər”), həm də övlad həyatında bir ilahə, Tanrıça
qədər ucalan, ülviləşən və müqəddəsləşən Anadan ("Analı, anasız dünyam”) bəhs
edir. "Armud ağacıyla yarımçıq dərdləşmələrim”, "İydəli dərənin uşaqları” kimi
poemaları isə avtobioqrafik, xatirə-memuar olması ilə seçilir, özünə
oxunaqlılıq qazanır.
Bu tanınmış şairin "O, günəş ömrüdür, sönməyəcəkdir” poeması məzmun
etibarilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilibdir.
Bir neçə hissədən ibarət olan poemada Heydər Əliyevin şəxsiyyət etibarilə öz
ölkəsinə göstərdiyi misilsiz xidmətlər, gətirdiyi əvəzsiz nailiyyətlər və onun
Azərbaycanın dövlətçilik tarixində oynadığı rol diqqət mərkəzinə gətirilir.
Poemanın "Ön söz” adlanan hissəsində şair bəhs açdığı şəxsiyyət haqqında
oxucusuna məlumat verməyə, onun haqqında anlatmaya çalışır. Qeyri-adi şəxsiyyət,
nadir insan haqqındakı məlumata uyğun olaraq bu hissədəki üslub, bədii vasitə də
məhz o cür tərtib edilib. Mücərrəd bir məlumat tipi olan üslubdan istifadə edən
şair "bir insan” kimi ifadəsi ilə bu mücərrəd şəxsiyyəti qeyri-adi əlamət və keyfiyyətlərindən
bəhs etməklə təqdim etməyə başlayır. Şair bu nadir, görkəmli şəxsiyətin əlamətlərindənn
bəhs etdikcə oxucu bu nadir şəxsiyyətin məhz müdrik lider Heydər Əliyev
olduğunu qətiyyətlə sezir. Burada deyilir:
Bir insan ömründən söz açıram mən,
Ö, günəş ömrüdür, sönməyəcəkdir.
Səadət verdiyi milyonlar qəlbən
Onun haqq yolundan dönməyəcəkdir.
...Bir insan ömründən söz açıram mən,
Ö, Heydər ömrüdür, sönməyəcəkdir.
Canıtək sevdiyi milyonlar qəlbən,
Onun haqq yolundan dönməyəcəkdir.
Əsəri sənədli poema da adlandırmaq olar. Müəyyən məqamlarda
tarixi-xronoloji məsələlərlə bağlı müdaxilə edərək izahat verən və müəyyən sənərlər
təqdim edən müəllif tarixi gedişatla ədəbi məzmunu əlaqələndirir. Şair Azərbaycana
rəhbərlik etmiş Mircəfər Bağırov kimi rəhbərlərin cəlladlığı və xalqına vurduğu
ağır zərbələri də dilə gətirir. Bununla müqayisədə ulu öndər Heydər Əliyevin hələ
DTK-də işləyərkən xalqı üçün göstərdiyi misilsiz rəşadətlər oxuculara bəhs
edilir. Onun Azərbaycanda rəhbərliyə gətirilməsi xalq üçün böyük bir tale payı
olaraq qiymətləndirirlir. Bu baxımdan dahi liderin 1969-cu ildə siyasi hakimiyyətə
gətirilməsini ayrıca təqdim edir və böyük pafosla bəhs edir:
1969-cu il...
Bir gün idi, günəşli gün,
Üzlər gülər, gözlər süzgün.
Qəlblər gəzdi xoş səda-ün,
Bərq də vurdu ləl-zərimiz,
Heydər gəldi rəhbərimiz.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə
başlanan inkişaf, dirçəliş, xalqın ona olan rəğbəti minnətdarlıqla qeyd edilir.
Düşmənin Heydər Əliyevin rəhbərliyə gəlməsindən sarsılmaı, gizli niyyətlərinin
gerçəkləşməməsi müəllif tərəfindən birbəbir oxuucuya təqdim olunur. Poemada
qanlı 20 Yanvar hadisələrinin törədilmsəi, Heydər Əliyevin Azərbaycan xalqının
böyük oğlu kimi bu dəhşətli hadisələri törədənlərə qarşı həyata keçirdiyi
misilsiz işlər və s. təfərrüatla verilir. Şair bu hadisələrin dəhşətini, kədərini
hiss etdirmək üçün janr dəyişdirərək bayatıdan da istifadə edir və özünün müəllifli
bayatılar ilə poemanı həm forma, həm də məzmunca zənginləşdirmiş olur.
Ulu öndər Heydər Əliyevin bu ağır günlərdə vətəninə gəlişi, Bakı şəhərində
bu xalqın böyük oğluna qısqanclıqla yanaşılması, rəhbərlik tərəfindən enişinə
izn verilməmsi və dahi rəhbərin doğma torpağı Naxçıvana gəlişi böyük məhəbbət və
həssaslıqla ərz edilir:
...Gəldi doğma Bakısına,
Yaşamağa yer istədi – vermədilər!
Söyləməyə söz istədi –
vermədilər!
Bir şəhəri tikən memar
evsiz qaldı.
Yüz cildlər yazan yazar
sözsüz qaldı!
Nadanların nadanlığı
Yaman ağır gəldi ona.
Səmaları yarıb gəldi
Ana yurdu Naxçıvana!
Onun qəfil gəlişindən
Yer üzünə ələndi zər.
Peyğəmbərtək qarşılandı
Naxçıvanda Ulu Öndər.
Bu dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi misilsiz dövlətçilik
tədbirləri – blokadaya salınmış Naxçıvanın və onun əhaləsinin xilası, qonşu ölkələrlə,
xüsusilə Türk dünyasının babası Türkiyə Cümhuriyyəti ilə birbaşa əlaqələrin
yaradılması, Naxçıvanın ilk dəfə SSRİ imperiyasının tərkibindən çıxdığını rəsmən
elan etməsi, Naxçıvan MSSR adından "Sovet Sosialist” sözlərinin təmizlənməsi,
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclasında Naxçıvan Muxtar dövlətinin
bayrağının dəyişdirlməsi, AXC-nin üçrəngli tarixi bayrağının varislik olaraq
ilk dəfə Naxçıvanda dalğalandırılması və başqa tədbirlər Azərbaycanın milli
oyanışının nüvəsində dayanmaqla gələcək dövlət müstəqilliyinin əldə edilməsinə bilavasitə vəsilə olması tam
təfərrüatla olmasa da, aparıcı, başlıca hadisələrilə poemanın bu hissəsində
ümumiləşdirirlir:
Bu azadlıq savaşında
Yol yox idi daha geri.
Naxçıvanda məhv olurdu
İmperiya – SSRİ və s.
Azərbaycanın o vaxtkı vəziyyəti, vətəndaş qarşıdurması, xaosun
yaratdığı parçalanma təhlükəsi və s. xatırladılmaqla bütün Azərbaycan xalqının
ulu öndər Heydər Əliyevə birmənalı çağırışı, onun Azərbaycana rəhbərliyə təkidlə
dəvət olunması səslənişi əsərdə qeyd edilməklə, həm də yeni hadisələrə giriş rolunu
oynayır. Poemanın sonrakı hissələrində lirik-epik şəkildə ulu öndərin rəhbərliyi
altında Azərbaycanda – Naxçıvanda, Bakıda və bütün bölgələrdə həyata keçirilən
mislsiz işlər ümumiləşdirilir. Ulu öndər Heydər Əliyevin bəxş etdiyi
qurucu-yaradıcı, inkişafetdirici siyasət və idarəçilik mənalandırılır.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə
doktoru, dosent