XƏBƏR LENTİ
20 May 2022
19 May 2022



Rusiya Türkiyənin bu təklifini qəbul etmədi
DÜNYA 09:07 / 13.05.2022

ürkiyə hakimiyyəti Mariupoldakı ukraynalı hərbçilərin "Azovstal” zavodundan Berdyansk limanı vasitəsilə təxliyə olunmasını Rusiyaya təklif edib.

Yenises.az  Axar.az -a  istinadla  xəbər verir ki, bu sözləri Krım türklərinin lideri, Ukrayna millət vəkili Mustafa Cəmil deyib.

O bildirib ki, təklifə əsasən təxliyə olunanlar Türkiyəyə gətirilməli və müharibənin bitəcəyi günə kimi bu ölkənin qonağı olmalı idi.

Lakin Rusiya müdafiə naziri Sergey Şoyqu Ankaranın təklifi ilə razılaşmayıb və Mariupolun müdafiəçilərinin təslim olmasını tələb edib.

M.Cəmilin sözlərinə görə, Türkiyə "Azovstal”dakı ukraynalı hərbçilərin həyatının xilas edilməsi üçün danışıqları hələ də davam etdirir.


609 oxunub

InvestAZ