XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Azərbaycan və Rusiya XİN başçıları görüşdü
SİYASƏT 17:13 / 12.05.2022

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Serqey Lavrovun görüşü barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda deyilir:

"Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Serqey Lavrov ilə görüşü baş tutub.

Nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar".



1237 oxunub

InvestAZ