XƏBƏR LENTİ
22 May 2022
21 May 2022
21:38
20 May 2022



Siyəzəndə yük və minik maşını toqquşdu: ölən var
MƏMLƏKƏT 11:32 / 12.05.2022

Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 11-i saat 23 radələrində Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Yaşar oğlu Hacıyevin idarə etdiyi BMV markalı minik avtomobili ilə Quba rayon sakini, 1959-cu il təvəllüdlü Məhiyyədin Əliyevin idarə etdiyi "KamAz” markalı yük maşını toqquşub. Nəticədə BMV markalı minik avtomobilinin sürücüsü E.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


2313 oxunub

InvestAZ